Tanınmış ukraynalı futbolçu Andrey Voronin karyerasını başa vurmaq barədə qərar qəbul edib. Sportnet.az-ın məlumatına görə, bu barədə futbolçunun meneceri Andrey Qolovaş açıqlama verib.
Menecer 35 yaşlı hücumçunun səhhətində yaranan problemlər səbəbindən bu cür qərar qəbul etdiyini deyib: "2013-cü ilin yazında o, boyun nahiyəsindən zədə almışdı. Müxtəlif variantlar vardı. "Dinamo"da olarkən əməliyyata doğru gedirdi. Dekabr ayında Andrey boynundan əməliyyat edilidi və boyun diski çıxarıldı. Həkimləri ilə məsləhətşdikdən sonra onlar 1 il gözlədikdən sonra hansısa qərar qəbul etməyi tövsiyyə etdilər. Budur, artıq bir il başa çatdı".
Andrey Voronin futbolçu karyerası ərzində "Borussiya" (Münxenqladbax), "Köln", "Maynts", "Bayer", "Herta", "Fortuna" ()hamısı Almaniya), "Liverpul" (İngiltərə) və "Dinamo" (Moskva, Rusiya) klublarının şərəfini qoruyub.
Qeyd edək ki, hücumçu Ukrayna millisinin heyətində 10 il forma geyinib. O, bu müddət ərzində 74 oyuna çıxıb və 8 dəfə fərqlənib.