1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan şirkətinin istədiyi klubda baş məşqçi istefası
İngiltərənin "Aston Villa" klubunun rəhbərliyi Pol Lamberti baş məşqçi postundan istefaya göndərib. Buna Birmingem komandasının Premyer Liqada 25 turdan sonra 18-ci pillədə olması və ardıcıl 5 oyunluq məğlubiyyət seriyası səbəb olub.
"Aston Villa" iki gün öncə "Hall Siti"yə 0:2 hesabı ilə uduzduqdan sonra qələbəsiz oyunlar seriyasını 10-a çatdırıb. Bu mövsüm cəmi 12 qol vuran komanda 13 məğlubiyyətlə üzləşib.
Baş məşqçi vəzifəsinin müvəqqəti icrası Skott və Endi Marşallara həvalə olunub. Onlar "Aston Villa"nı "Lester Siti"yə qarşı kubok matçına hazırlayacaqlar. Lambertin 2012-ci ilin iyunundan çalışdığı klub iki dəfə 15-ci yeri tutub.
Qeyd edək ki, "Aston Villa" 2014-cü ilin yayından satışa çıxarılıb. Bu səbəbdən, yeni baş məşqçi təyinatı prosesi çətinləşib. Yayda məşqçilər heyətinə Roy Kin dəvət edilib. Lakin qışda "Mançester Yunayted"in əfsanəsi bütün diqqətini İrlandiya yığmasında baş məşqçi köməkçisi vəzifəsinə yönəltməyi qərara alıb. Bu yaxınlarda klubu Azərbaycanın "Gilan Holding" şirkətinin alacağına dair xəbərlər yayılıb.