Fransanın gündəlik nəşr olunan "Le Parisien” və "La Croix” qəzetlərində Azərbaycanda keçiriləcək "Bakı 2015” I Avropa Oyunlarından bəhs edən materiallar dərc olunub. Sportnet.az-ın məlumatına görə, məqalələrdə Xəzər dənizi sahilində yerləşən və nəhəng enerji ehtiyatlarına malik Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının açılışına 100 gün qaldığı xatırlanıb.
Oyunlar üçün nəzərdə tutulan 65 min yerlik yeni stadionun artıq istifadəyə verildiyini diqqətə çatdıran "Bakı -2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin baş direktoru Saymon Kleqq bu idman qurğusunu Avropada analoqu olmayan stadion kimi təqdim edib. Stadionun orijinal üslubda tikildiyini və müasir texniki avadanlıqla təchiz olunduğunu xüsusi vurğulayıb. O, hazırda stadionda yaşıl örtüklə və avtobus dayanacaqları ilə bağlı tamamla işlərinin aparıldığını bildirib.
Baş direktor görülən işlər sayəsində Avropa Oyunlarının yüksək səviyyədə və müvəffəqiyyətlə keçəcəyinə böyük inam bəslədiyini bəyan edib.
Qeyd edək ki, "Bakı 2015" I AVropa Oyunların 12-28 iyun tarixində keçiriləcək.