1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz Maltaya uduzdu
Azərbaycanın 21 yaşadək futbolçu qızlardan ibarət yığma komandası Kiprin Pafos şəhərində UEFA-nın təşkil etdiyi Afrodita Kubokunda ilk görüşünü keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib Malta yığması olub.
Görüş "cırtdan ölkə" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 5-ci dəqiqədə Malta yığmasının kapitanı Dorian Teuma açıb. 36-cı dəqiqədə İlenia Karabott fərqi artırıb. Millimizin təsəlli qoluna isə 70-ci dəqiqədə penaltidən Jalə Mənsimova imza atıb. Bu, rəqib komandanın yeni baş məşqçi Mark Qattın rəhbərliyi altında ilk qələbəsi olub.
Qeyd edək ki, Azərbaycan millisi bu gün Bəhreynlə, martın 15-də isə Kiprlə üz-üzə gələcək.