
Azərbaycanın voleybolçu qadınlardan ibarət "Rabitə" klubunun CEV Kubokunun yarımfinal mərhələsindəki rəqibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, Rusiyanın "Dinamo" (Krasnodar) komandasıdır.
"Dinamo" 1/4 final mərhələsində Fransa "Nant"ını həm evdə, həm də səfərdə məğlub edib - 3:0. Digər yarımfinal cütünü Türkiyə "Qalatasaray"ı ilə Polşa "Atom"u təşkil edəcək.
Qeyd edək ki, oyunlar martın 24-də və 28-də olacaq.