Tanınmış boksçu Mayk Taysonun Kanadada iştirak etdiyi televiziya proqramlarının birində qalmaqal yaşanıb. Sportnet.az-ın məlumatına görə, keçmiş dünya çempionu aparıcını təhqir edib.
Buna səbəb aparıcı Nathan Dovnerin Taysona 1992-ci ildə baş verən təcavüz məsələsi ilə bağlı sual verməsi olub. Bundan sonra əsəblərinə hakim ola bilməyən sabiq dünya çempionu canlı efir zamanı verilişin aparıcısını təhqir edib.
Qeyd edək ki, Mayk Tayson 1992-ci ildə ABŞ gözəllik kraliçası Desire Vaşinqtona təcavüz etdiyi üçün 6 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 3 ilini həbsxanada çəkib. ("Report)