Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı zamanı Bolqarıstanın "Levski" və Ermənistanın "Ulises" futbol komandaları arasında keçirilən yoldaşlıq görüşündə dava düşüb. Sportnet.az-ın məlumatına görə, münaqişəyə erməni futbolçunun "Levski"nin üzvü Veselin Minevə qarşı kobud oynaması səbəb olub.
Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Meydanda və ehtiyatda olan futbolçuların, texniki heyətin iştirakı ilə kültəvi dava baş verib. Erməni məşqçisi Vladimir Qacevi yerə yıxdıqdan sonra komanda üzvləri onu təpikləyib. Davada "Ulisis"in baş məşqçisi Qacik Simonyan daha aktiv iştirak edib. Bunu görən "Levski" rəhbərliyi hadisəyə müdaxilə edərək futbolçularını meydandan çıxarıblar. Onlar hakimdən matçın davam etdirilməməsini istəyiblər.
Qeyd edək ki, oyun dayandırılarkən hesab "Ulises"in xeyrinə olub - 2:1.