
Dünya Şahmat Federasiyası (FIDE) iyul ayı üçün reytinq siyahısını açıqlayıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 3 pillə irəliləyib.
Hazırda 2746 xala malik 40 yaşlı qrossmeyster 11-ci pillədə qərarlaşıb.
2692 xalı olan Teymur Rəcəbov 1 pillə geriləyib. O, 38-cidir.
3 pillə irəliləyən Rauf Məmmədov 2659 xalla 65-ci, "100-lüy"ə daxil olan Eltac Səfərli 2630 xalla 100-cüdür.
Qadın şahmatçılardan 3 pillə irəliləyən Günay Məmmədzadə 2390 xalla 52-ci, 1 pillə geriləyən Ülviyyə Fətəliyeva 2372 xalla 66-cı, 9 pillə geriləyən Gövhər Beydullayeva 2371 xalla 68-ci, 11 pillə irəliləyən Gülnar Məmmədova 2352 xalla 88-cidir.
Xanım Balacayeva isə iyun reytinqində 2358 xalla 75-ci olduğu halda, iyul siyahısında "100-lüy"ə də düşməyib.