
Azərbaycan və Vyetnam komandaları arasında şahmat üzrə onlayn yoldaşlıq görüşü keçirilib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 8, 10 və 12 yaş kateqoriyasında yığma üzvlərinin iştirak etdiyi yarış Azərbaycan komandasının 7:5 hesablı qələbəsi ilə başa çatıb.
Qalib heyətdə Nazlı Rüstəmli, Mehriban Əhmədli, Fatimə Mirzəliyeva, Kənan Babasoy,Atilla Orman və Nurlan Əzizli iştirak edib.
Xatırladaq ki, yoldaşlıq görüşü Qazaxıstanda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyıb.