
Azərbaycan stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində yeniyetmələr arasında "WTT Youth Contender" turnirində 5 medal qazanıblar.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 11 yaşadək idmançıların mübarizəsinə qatılan Mehin Mirzəbalayeva bütün rəqiblərinə qalib gələrək baş mükafata layiq görülüb.
Əliəkbər Mirzəliyev eyni yaş qrupunda ikinci, Cəfər Almədədli üçüncü yeri tutub.
Xatırladaq ki, yarısın ilk günlərində Mehin Mirzəbalayeva ilə Vaqif Babayev U 13 kateqoriyasında üçüncü yerə layiq görülmüşdü.