Şahmat üzrə Azərbaycan çempionatında son finalçı məlum olub.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yarımfinalda iki partiyadan sonra qalibin müəyyənləşmədiyi Şəhriyar Məmmədyarov - Aydın Süleymanlı duelində tay-brek keçirilib.
Tay-brekdə qalib gələn Məmmədyarov ümumi nəticədə 3,5:2,5 hesablı üstünıüklə adını finala yazdırıb.
Fevralın 20-də Azərbaycan çempionatında final partiyalarına start veriləcək. Kişilərin yarışında çempionluq uğrunda Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı ilə, qadınlarda isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə mübarizə aparacaq.
Üçüncü yer uğrunda görüşlərdə Aydın Süleymanlı - Read Səmədov və Gülnar Məmmədova - Türkan Məmmədyarova partiyaları keçiriləcək. Final görüşləri saat 15:00-da başlayır.
Qeyd edək ki, Azərbaycan çempionatının bağlanış mərasimi fevralın 22-də “Landmark” Biznes Mərkəzində təşkil olunacaq.














































































