Martın 9-da Almaniyanın Berlin və Çexiyanın Havirov şəhərlərində stolüstü tennis üzrə WTT Youth Contender turnirləri start götürəcək.
Sportnet.az-ın məlumatına görə, yarışlarda Azərbaycanı gənclərdən ibarət seçmə komandaların baş məşqçiləri Elnur Hidayətzadə və Ramin Cəfərovun rəhbərliyi ilə 6 idmançı təmsil edəcək.
Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədli oğlanların, Yağmur Məmmədli, Mehin Mirzəbalayeva və Yasəmən Həbibova qızların yarışında mübarizə aparacaq.
Qeyd edək ki, turnirlər U-17, U-15, U-13 və U-11 yaş dərəcələri üzrə keçiriləcək.

















































































