1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azad Rəhimov: "Onu daim xatırlayırıq"
"Mərhum şahmatçımız Vüqar Həşimov bizi tərk etsə də, onu daim xatırlayırıq. O, dünya şahmat ulduzu, Avropa çempionu, Dünya Kubokunun qalibi idi". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlmasında gənclər və idman naziri Azad Rəhimov deyib.
O qeyd edib ki, "Shamkir Chess" turniri Vüqar Həşimovun xatirəsini yaşatmaq baxımından önəmli əhəmiyyət kəsb edir: "Vüqar Həşimov Azərbaycan şahmatına böyük uğurlar qazandırıb. Bu turnir də onun xatirəsinə ehtiram əlamətidir. "Shamkir Chess" turniri Azərbaycanda keçirilən və FİDE-nin təqvimində yer alan beynəlxalq yarışlar arasında xüsusi yer tutur. Turnir çox yüksək səviyyədə təşkil olunub. Şəmkir çox gözəl şəhərdir. Şahmatçılar da özlərini burada çox yaxşı hiss edirlər".
Qeyd edək ki, "Shamkir Chess” superturniri artıq 3-cü dəfədir təşkil olunur. 10 şahmatçının qatıldığı turnirin açılış mərasimi bu gün olub. İlk turun görüşləri isə mayın 26-da keçiriləcək.