
Tanınmış Rusiya şahmatçısı Sergey Karyakin Bakıda start götürən şahmat üzrə Qran-Pri barədə fikirlərini jurnalistlərlə bölüşüb. Sportnet.az-ın məlumatına görə, rusiyalı zəka ustası əvvəlcə turnirin açılış mərasimidən danışıb.
Tədbirin maraqlı olduğunu vurğulayan Karyakin Azərbaycanın uğurlarından danışılmasını xüsusi qeyd edib: "Açılış həqiqətən çox maraqlı alındı. Əminəm ki, Qran-Pri yüksək səviyyədə keçiriləcək. Azərbaycanda keçirilən hər bir şahmat turniri xoş xatirələrlə yaddaşımdadır".
O, daha sonra ilk turun maraqla gözlənilən dueli: Şəhriyar Məmmədayrov - Teymur Rəcəbov görüşü barədə də danışıb: "11 turda bizi maraqlı oyunlar gözləyir. İlk turun maraqlı duellərindən biri Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov arasında olacaq. Fikrimcə, onlar bərabər səviyyədə şahmatçılardır. Hər ikisi dünyanın ən güclüləri sırasındadır".