Rusiyanın Soçi şəhərində hindistanlı Vişvanatan Anandla norveçli Maqnus Karlsen arasında şahmat üzrə dünya çempionluğu uğrunda matçda 5-ci tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, bu dəfə ağ fiqurlarla Anand çıxış edib.
Görüş 39-cu gedişdə heç-heçə ilə nətiçələnib - 0,5:0,5. Bununla da dünya çempionluğu uğrunda qarşılaşmada 3-cü heç-heçə qeydə alınıb. Ümumi hesab yenə bərabərdir – 2,5:2,5.
Qeyd edək ki, Vişvanatan Anandla Maqnus Karlsen arasında görüş 12 turdan ibarət olacaq. Qrossmeysterlər 12 dəfə üz-üzə gələcəklər. Heç-heçə təqdirində, qalib tay-breyklə müəyyənləşəcək. Ümumi mükafat fondu 1 milyon avrodur.