Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev yeni vəzifəyə təyinat alıb.
Sportnet.az xəbər verir ki, Mustafayev dövlət başçısı İlham Əliyevin sərəncamı ilə İqtisadiyyat naziri vəzifəsindən azad edilib. O, Prezidentin digər sərəncamı ilə Baş Nazirin müavini təyin olunub.