Bu il keçirilməsi planlaşdırılan və təxirə salınan şahmat üzrə qadınlararası Dünya Kubokunun yeni vaxtı bəlli olub.
Sportnet.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, yarış 2021-ci ilin aprelində olacaq. FIDE təşkilatçılarla yeni müqavilə imzalayacaq.
Belarusun paytaxtı Minskdəki Dünya Kuboku 10 sentyabr - 3 oktyabrda keçirilməli idi.
Kişilər arasındakı ənənəvi turnirin vaxtı dəyişməyib, yarış 2021-ci ilin avqustunda Minskdə baş tutacaq.
Qeyd edək ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov 2019-cu ildə keçirilən Dünya Kubokunun qalibi olub.