Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsində 1/4 finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı qrossmeyster seçmə mərhələni 15 oyundan 8 xalla 7-ci pillədə başa vurub. Polşalı Yan Kşiştof Duda da eyni miqdarda xal toplasa da, daha üstün göstəricilərə malik olduğu üçün 6-cı pillədə qərarlaşıb.
Keçirdiyi 15 görüşünün heç birində uduzmayan Rəcəbov 1 qələbə, 14 heç-heçəyə nail olub. Duda isə matçlarından 4 qələbə, 8 heç-heçə, 3 məğlubiyyətlə ayrılıb.
Yarışın təşkilatçısı, norveçli dünya çempionu Maqnus Karlsen və niderlandlı Aniş Giri 9,5 xalla ilk 2 pilləni bölüşüb. ABŞ təmsilçisi Uesli So 9 xalla 3-cü plub. Ermənistanlı Levon Aronyan və fransalı Maksim Vaşye-Laqrav hərəyə 8,5 xalla 4-5-ci yerləri bölüşdürüb.
8-ci yeri isə rusiyalı Daniil Dubov tutub. Dubov ABŞ təmsilçisi Hikaru Nakamura ilə eyni miqdarda - 7,5 xal toplasa da, əlavə göstəricilər sayəsində 1/4 finala adlayıb.
---------------------
Çempionlar Turunun üçüncü mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbovla Ermənistan təmsilçisi Levon Aronyan arasındakı görüş başa çatıb.
Sportnet.az-ın məlumatına görə, tərəflər qarşılaşmadan heç-heçə ilə ayrılıblar - 0,5:0,5. Matç 18-ci gedişədək davam edib.
"Opera Euro Rapid"
8 fevral
XI tur: Teymur Rəcəbov - Dinq Liren (Çin) - 0,5:0,5
XII tur: Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 0,5:0,5
XIII tur: Teymur Rəcəbov - Maksim Vaşye-Laqrav (Fransa) - 0,5:0,5
XIV tur: Uesli So (ABŞ) - Teymur Rəcəbov - 0,5:0,5
XV tur: Teymur Rəcəbov - Levon Aronyan (Ermənistan) - 0,5:0,5
Qeyd edək ki, hazırda Levon Aronyan 8,5 xalla 4-cü, Teymur Rəcəbov 8 xalla 6-cı yerdə qərarlaşıb.
-------------------------------
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində son 5 tur oynanılacaq.
Sportnet.az-ın məlumatına görə, "Opera Euro Rapid"in bugünkü görüşlərindən sonra pley-offa vəsiqə qazanan 8 şahmatçı müəyyənləşəcək.
Azərbaycanı təmsil edən Teymur Rəcəbov ardıcıl olaraq Dinq Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Uesli So (ABŞ) və Levon Aronyan (Ermənistan) ilə üz-üzə gələcək.
Hazırda Rəcəbovun aktivində 10 oyundan 5,5 xal var. O, ermənistanlı Levon Aronyan və fransalı Maksim Vaşye-Leqravla birgə 5 - 7-ci yerləri bölüşür. Turnir cədvəlinə 7 xalla norveçli Maqnus Karlsen rəhbərlik edir. ABŞ təmsilçisi Uesli So və niderlandlı Aniş Giri 6,5 xalla 2-3-cü yerləri bölüşür. Rusiyalı Yan Nepomnyaşi isə 6 xalla 4-cüdür.
"Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.
Qeyd edək ki, Teymur Rəcəbov Çempionlar Turunun daha ikinci mərhələsində “Airthings Masters” yarışının finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək çempion olub.
"Opera Euro Rapid"
8 fevral
XI tur: Teymur Rəcəbov - Dinq Liren (Çin) - 0,5:0,5
XII tur: Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 0,5:0,5
XIII tur: Teymur Rəcəbov - Maksim Vaşye-Laqrav (Fransa) - 0,5:0,5
XIV tur: Uesli So (ABŞ) - Teymur Rəcəbov - 0,5:0,5
XV tur: Teymur Rəcəbov - Levon Aronyan (Ermənistan) - 0,5:0,5