Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində digər finalçının da adına aydınlıq gəlib.
Sportnet.az-ın məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışın digər finalçısı rusiyalı Yan Nepomnyaşi olub.
Yarımfinalın ilk görüşündə Karlseni məğlub edən 31 yaşlı qrossmeyster ikinci dueldə rəqibinə uduzduğundan qalibi müəyyənləşdirmək üçün tay-brek oynanılıb. Burada daha inamlı çıxış edən Nepomnyaşi qələbə qazanaraq, həlledici qarşılaşmaya vəsiqə qazanıb.
O, finalda Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gələcək. Həlledici görüşlər martın 20-si və 21-də keçiriləcək.
-----------------
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində ilk finalçı bəlli olub.
Sportnet.az-ın məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışın yarımfinal mərhələsinin 2-ci görüşündə də ABŞ təmsilçisi Uesli Soya qalib gələn niderlandlı Aniş Giri həlledici raunda vəsiqə qazanıb.
Onun finaldakı rəqibi Maqnus Karlsen (Norveç) - Yan Nepomnyaşi (Rusiya) cütünün qalibi olacaq.
--------------------
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində bu gün yarımfinal görüşlərinə yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışda finalçılar müəyyənləşəcək.
İlk gündə rusiyalı Yan Nepomnyaşiyə uduzan Karlsen ikinci dueldə bunun əvəzini çıxmağa çalışacaq. Digər görüşdə isə Uesli So (ABŞ) və Aniş Giri (Niderland) üz-üzə gəcək. Niderland təmsilçisi ilk qarşılaşmadan qalib ayırılıb.
Bərabərlik qeydə alınarsa, 2 blits partiya və ehtiyac yarandıqda armageddon oynanılacaq.
"Magnus Carlsen Invitational"
Yarımfinal, 2-ci görüşlər
Maqnus Karlsen (Norveç) - Yan Nepomnyaşi (Rusiya) - 2,5:1,5 (TAY BREKDƏ - 0,5:1,5)
İlk görüş - 1,5:2,5
Aniş Giri (Niderland) - Uesli So (ABŞ) - 2,5:1,5
İlk görüş - 2,5:1,5
Qeyd edək ki, "Magnus Carlsen Invitational" Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə "Report" İnformasiya Agentliyinin feysbuk və yutub səhifələrində canlı yayımlanır.
Xatırladaq ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.