Rusiyanın Yekaterinburq şəhərindəki İddiaçılar Turnirində XXI tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, yerli şahmatçılardan Yan Nepomnyaşi ağ fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə heç-heçə edib - 0,5:0,5.
Aleksandr Qrişuk fransalı Maksim Vaşye-Laqravı yenib - 1:0. Kirill Alekseyenko isə çinli Van Hao ilə "sülh"ə razılaşıb.
Nəhayət, niderlandlı Aniş Giri ağ fiqurlarla çinli Dinq Lirenlə qalib gəlib.
Beləliklə, Nepomnyaşi 7 xalla liderliyini qoruyub. Növbəti pillələrdə Giri (6,5 xal), Karuana (6 xal), Qrişuk, Vaşye-Laqrav (hər ikisi 5,5 xal), Van Hao (5 xal), Alekseyenko (4,5 xal) və Liren (4 xal) qərarlaşıb.
XII turda Karuana - Giri, Liren - Qrişuk, Vaşye-Laqrav - Alekseyenko və Van Hao - Nepomnyaşi görüşləri olacaq.
Ötən ilin yazında koronavirus pandemiyası üzündən yarımçıq qalmış İddiaçılar Turniri aprelin 19-da bərpa edilib. İkinci dövrəyə aprelin 27-də yekun vurulacaq. Mükafat fondu 500 000 avro olan yarışın qalibi hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə qarşılaşacaq. Dünya şahmat tacı uğrunda görüş 24 noyabr - 16 dekabrda keçiriləcək.