Ermənistan şahmatçısı Vladimir Akopyan bundan sonra ABŞ-ın bayrağı altında çıxış edəcək.
Sportnet.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Akopyan artıq FİDE-nin son reytinqində ABŞ şahmatçısı kimi təqdim edilir.
O, reytinqcə (2 638) amerikalı şahmatçılar arasında 12-ci yerdədir. ABŞ-da 100 şahmatçı sırasında isə Samvel Sevyan 5-ci, Varujan Akopyan 16-cı, Melikset Xaçiyan 53-cü yerdədir.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın tanınmış şahmatçısı Levon Aronyan da ABŞ-a köçüb.