
Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı 3-cü qarşılaşmasında Fransanı sınağa çəkib.
Oyun rəqibin 3,5:0,5 hesablı qalibiyyəti ilə yekunlaşıb.
Dünya çempionatı
A qrupu
III tur
Fransa - Azərbaycan - 3,5:0,5
Mari Sebaq - Günay Məmmədzadə - 1:0
Nataşa Benmesbax - Ülviyyə Fətəliyeva - 1:0
Andrea Navrotesku - Gülnar Məmmədova - 0,5:0,5
Silviya Alekseyeva - Zeynəb Məmmədyarova - 1:0
Qeyd edək ki, Azərbaycan millisi 4 turdan sonra 2 xalla 5-ci pillədə qərarlaşıb.
-----------------------------------------
Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı 3-cü qarşılaşmasında Rusiya ilə qüvvəsini sınayıb. Oyun rəqibin qələbəsi ilə başa çatıb - 3,5:0,5.
Bu görüşdə yığmanın heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova mübarizə aparıb.
Yığma günün ikinci qarşılaşmasında Fransanı sınağa çəkəcək.
Dünya çempionatı
A qrupu
II tur
Azərbaycan - Rusiya - 0,5:3,5
Günay Məmmədzadə - Aleksandra Qoryaçkina - 0:1
Gülnar Məmmədova - Aleksandra Kostenyuk - 0:1
Ülviyyə Fətəliyeva - Polina Şuvalova - 0,5:0,5
Türkan Məmmədyarova - Alina Kaşlinskaya - 0:1
Qeyd edək ki, Azərbaycan millisi ilk oyun günündə Hindistan və Ermənistanla heç-heçəyə razılaşıb. Dünya çempionatı oktyabrın 3-dək davam edəcək.