
Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı sonuncu - 5-ci qarşılaşmasında İspaniyanı sınağa çəkib. Oyun Azərbaycan şahmatçılarının 3,5:0,5 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 4-ə çatdıran Azərbaycan qrupda 4-cü yeri tutaraq, 1/4 final mərhələsinə vəsiqə qazanıb. Komanda bu raundda Gürcüstanla qarşılaşacaq.
Dünya çempionatı
V tur
Azərbaycan - İspaniya - 3,5:0,5
Günay Məmmədzadə - Anna Matnadze - 0,5:0,5
Gülnar Məmmədova - Sabrina Veqa Qutiyeres - 1:0
Ülviyyə Fətəliyeva - Mariya Floris - 1:0
Türkan Məmmədyarova - Marta Qarsiya - 1:0
Xal durumu: Rusiya - 10, Hindistan - 7, Ermənistan - 5, Azərbaycan - 4, Fransa - 2, İspaniya - 2.
Qeyd edək ki, dünya çempionatına oktyabrın 3-də yekun vurulacaq.