Azərbaycan şahmatçısı Nicat Abbasov Sloveniyanın Çatej şəhərində keçirilmiş komandalararası Avropa çempionatında heyət üzvləri arasında ən yaxşı nəticəni göstərib.
Sportnet.az-ın məlumatına görə, 26 yaşlı qrossmeyster kişilərin mübarizəsində beşinci lövhədə 1-ci yeri tutub.
Komandanın digər üzvlərindən Şəhriyar Məmmədyarov birinci lövhədə, Rauf Məmmədov üçüncü lövhədə 4-cü, Teymur Rəcəbov ikinci lövhədə 7-ci, Qədir Hüseynov dördüncü lövhədə 13-cü yeri tutub.
Qadınlara gəldikdə, Günay Məmmədzadə birinci lövhədə 4-cü, Xanım Balacayeva üçüncü lövhədə, Gövhər Balacayeva beşinci lövhədə 5-ci, Gülnar Məmmədova ikinci lövhədə 15-ci olub.
Qeyd edək ki, Avropa çempionatında qadınlardan ibarət Azərbaycan yığması bürünc medal qazanıb, kişilərdən ibarət komanda isə 5-ci yerlə kifayətlənib.