Bakıda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirin püşkatma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, “Fairmont Baku” otelində təşkil olunan tədbir kreativliyi ilə diqqət çəkib. Püşkdə nömrələr kepkalardan çıxıb. İştirakçılar əvvəlcə asılqandakı kepkaları götürərək içindəki nömrəni deyiblər. Daha sonra isə kepkanı başlarına qoyublar.
Püşkatmanın nəticəsinə əsasən, ilk turda aşağıdakı şahmatçılar üz-üzə gələcək.
Vüqar Həşimov Memorialı
I tur
David Navara (Çexiya) - Şəhriyar Məmmədyarov
Sergey Karyakin (Rusiya) - Riçard Rapport (Macarıstan)
Vişvanatan Anand (Hindistan) - Rauf Məmmədov
Fabiano Karuana (ABŞ) - Vüqar Əsədli