
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Şurası Rusiya və Belarus yığmalarına qurumun himayəsi altında keçirilən turnirlərdə iştirakı qadağan edib.
Sportnet.az xəbər verir ki, bu barədə FIDE-nin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, hər iki ölkənin qrossmeysterləri fərdi turnirlərdə neytral statusda - milli simvollar olmadan iştirak edə biləcək.