"Çox qəribədir. Səhvim ondadır ki, 2 piyadanı qurban verdikdən sonra yaxşı oynamağa çalışıram. Həmin vaxt isə artıq gec olur".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində rumıniyalı Boqdan Danyel-Dayakla heç-heçə oynadığı IV tur görüşündən sonra deyib.
37 yaşlı qrossmeyster hücuma ləng keçdiyini bildirib: "Düşünürəm ki, oyunun gedişində yaxşı şansı qaçırdım. Sonra isə uduzmamaq üçün oynamağa başladım".
Qeyd edək ki, Şəhriyar Məmmədyarov 4 turdan sonra 1,5 xalla 10 şahmatçı arasında 6-cı pillədə qərarlaşıb.