Hindistanın Çennai şəhərində başa çatan Şahmat Olimpiadasında Azərbaycanın iki qadın şahmatçısı fərdi göstəricilərə görə medal qazanıb.
Sportnet.az xəbər verir ki, 2-ci lövhədə çıxış edən Xanım Balacayeva bürünc, ehtiyat – 5-ci lövhədə yer almış Ülviyyə Fətəliyeva gümüş medala layiq görülüb.
Kişilərin yarışında norveçli dünya çempionu Maqnus Karlsen 1-ci lövhədə yalnız bürünc medal qazanmaqla kifayətlənib.
Qeyd edək ki, kişilərin yarışında Özbəkistan, qadınların mübarizəsində isə Ukrayna Olimpiadanın qalibi olub. Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri yarışı 16 xalla 7-ci sırada başa vurublar.