
Avstriyanın Mayrhofen şəhərində Avropa Şahmat Klub Kubokuna yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Azərbaycanın kişilərdən ibarət "Vüqar Həşimov" komandası sonuncu - VII turda Almaniya "Şahklub"u ilə qarşılaşıb və rəqibinə uduzub - 2:4. Komanda bu nəticədən sonra 27 xalla 7-ci yeri tutub.
Qadınlardan ibarət "Odlar Yurdu" isə Serbiyanın "Sirmium" klubuna 3:1 hesabı ilə qalib gələrək, 16,5 xalla turniri 4-cü pillədə başa vurub.