Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində yarımfinal görüşünə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster bu raundda Rumıniyanı təmsil edən Riçard Rapportla üz-üzə gələcək.
Digər yarımfinal görüşü isə norveçli dünya çempionu Maqnus Karlsenlə polşalı Yan Kşiştof-Duda arasında olacaq.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov 1/4 finalda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorova qalib gəlib.