
İtaliyanın Sardiniya adasında gənclər arasında dünya çempionatı davam edir.
Sportnet.az-ın məlumatına görə, qızların yarışında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva X turda sloveniyalı Urh Zala ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan 19 yaşlı şahmatçı 30-cu gedişdə sülhə razılaşıb.
Bu nəticə ilə xallarının sayını 8,5-ə yüksəldən Beydullayeva liderliyini davam etdirir. İkinci pillədə ondan bir xal geri qalan Qazaxıstan təmsilçisi Assel Serikbay qərarlaşıb. Zala isə 7 xalla üçüncüdür.
Abdullayevaya çempion olmaq üçün son turda heç-heçə də kifayət edəcək.
Oğlanların yarışında isə Abdulla Qədimbəyli macarıstanlı Adam Kozakla üz-üzə gəlib.
Yarışın lideri ilə görüşdən sülhlə ayrılan Azərbaycan təmsilçisi 10 turdan sonra 7,5 xalla ikinci pillədə qərarlaşıb. Kozakın isə 8 xalı var.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən turnir 11 turdan ibarətdir. Yarışa oktyabrın 22-də yekun vurulacaq.