Bu gün Azərbaycan şahmatçısı Rauf Məmmədov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Airthings Masters" mərhələsinin I divizionunda növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, I turda məğlub olan 35 yaşlı qrossmeyster eyni aqibəti yaşamış hindistanlı Qukeş Dommaraku ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək. Tərəflər 4 görüş keçirəcəklər. Rauf Məmmədov ötən gün ABŞ təmsilçisi Uesli Soya uduzub - 1.5:2.5.
Qeyd edək ki, "Airthings Masters" fevralın 10-da başa çatacaq.