Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə növbəti dəfə “Baku Open - 2024” beynəlxalq şahmat festivalı təşkil ediləcək.
AŞF-nin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 100 illiyinə həsr edilən turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İştirakçıların son siyahısı iyunun 15-dək müəyyən ediləcək.
Bakı İdman Sarayının ev sahibliyi edəcəyi festivalın ümumi mükafat fondu 50 000 ABŞ dollarına bərabərdir.
Qeyd edək ki, iyunun 29-da start götürəcək “Baku Open - 2024” beynəlxalq şahmat festivalı iyulun 7-də yekunlaşacaq.
Turnirin baş hakimi AŞF-nin vitse-prezidenti Faiq Həsənov olacaq.