Aprelin 7-də Polşanın Katovitse şəhərində şahmat üzrə şəxsi Avropa çempionatına start veriləcək.
Sportnet.az-ın məlumatına görə, mötəbər yarışa 43 ölkədən 502 şahmatçı qatılacaq.
Azərbaycanı Avropa çempionatında 14 şahmatçı təmsil edəcək.
Qitə çempionatında Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Read Səmədov, Xaqan Əhməd, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov, Şahin Vəliyev, Ümid Aslanov, Gövhər Beydullayeva, Süleyman Süleymanlı, Əli Zuqanov və Ceyhun Hüseynzadə mübarizə aparacaq.
Avropa çempionatı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazandıracaq.
Xatırladaq ki, qitə çempionatı 11 turdan ibarətdir. Yarışa aprelin 19-da yekun vurulacaq.













































































