1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mingəçevirdən "Rio-2016"ya yol - FOTOLAR
Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə ənənəvi Beynəlxalq "Prezident Kuboku" Reqatası keçirilir. Sportnet.az-ın məlumatına görə, reqataya Azərbaycan, Gürcüstan və Ukraynanın üst-üstə 150-dən çox idmançısı qatılıb.
Budəfəki Prezident Kuboku 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunları öncəsi ilin ilk sınağı sayılır. 3 növ üzrə 4 idmançı - akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti, eləcə də kayakçı İnna Osipenko Radomskaya və kanoeçi Valentin Demyanenko hələ ötən il Rio-2016-ya lisenziya qazanıb. Demyanenko hazırda Belarusda təlim-məşq toplanışındadır. Daha bir lisenziya sahibi - kanoe-slalomçu Yure Meqliç də hazırda ölkəmizdə bu növ üzrə şərait olmadığı üçün xaricdə hazırlıq keçir.
Aleksandrov - Yotov dueti, eləcə də Osipenko-Radomskaya "Prezident Kuboku"nda mübarizə aparır. Bu reqata həm də gələn aydan start götürəcək Dünya Kubokunun mərhələləri və "Rio-2016"ya lisenziya xarakterli təsnifat reqataları üçün heyətin müəyyənləşdirilməsi baxımından önəmlidir. Qaliblər akademik avarçəkmə, eləcə də kayak və kanoe növlərində qazanılmamış lisenziyalar uğrunda mübarizə məqsədilə təsnifat reqatalarına qatılacaqlar.