
Azərbaycan Üzgüçülük Federasiyasında növbəti hazırlıqlar prosesi start götürüb. Bu barədə Sportnet.az-a Federasiyanın mətbuat xidmətindən məlumat verilib.
Üzgüçülər Boris Kirilov və Evgeni Lazuka Almaniyanın Berlin şəhərində keçirilən Avropa birinciliyində güclərini sınayırlar. Bu gündən etibarən Elvira Həsənova Çinin Namq-Çhiq şəhərində keçirilən Yeniyetmələrin 2-ci Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək. Yarışlar avqustun 23-dək davam edəcək.
Azərbaycan Üzgüçülük Federasiyasının 1998-1999-cu il təvəllüdlü idmançılardan ibarət vaterpol milli komandası avqustun 17-dən etibarən Polşanın Brest şəhərində təlim məşq toplantılarına start verir. 7 gün məşqlərin ardından vaterpolşularımız beynəlxalq turnirdə güclərini sınayacaqlar. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı Polşa, Bolqarıstan, Rusiya, Belarusun komandaları da mübarizə aparacaq.
Qeyd edək ki, beynəlxalq turnir 4 gün davam edəcək.