1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ukraynalı idmançıya 4 illik cəza
Beynəlxalq Kanoe Federasiyası (ICF) ukraynalı kayakçı İqor Trunovu cəzalandırıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı idmançı 4 il müddətinə diskvalifikasiya olunub.
Səbəb bu ilin mayında Portuqaliyada keçirilmiş Dünya Kubokunda Trunovdan götürülmüş dopinq-testin müsbət nəticə verməsidir. Onun qanında yüksək miqdarda testosteron maddəsi aşkarlanıb.
Beləliklə, Trunov və komanda yoldaşları 500 metr məsafəyə 2 və 4 nəfərlə yarışda əldə edilən qızıl medalları geri verməlidirlər. Həmçinin o, 200 metr məsafəyə yarışda qazandığı gümüş medaldan məhrum edilib.
Qeyd edək ki, İqor Trunov 2017-ci il Avropa çempionatının bürünc mükafatçısıdır. O, 2013-cü ildə Rusiyanın Kazan şəhərində təşkil olunmuş Yay Unversiadasında gümüş medal qazanıb.