“Olimpiadaya lisenziya qazandığım üçün xoşbəxtəm. Nəticədən razıyam”.
Sportnet.az xəbər verir ki, bu sözləri akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Macarıstanın Seqed şəhərində təşkil edilən Avropa Olimpiya Təsnifat reqatasında 2-ci yeri tutaraq “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanması barədə danışarkən deyib.
35 yaşlı idmançı bildirib ki, bu uğur əziyyətin, çox çalışmağın nəticəsidir: “Yarış çox çətin keçdi. Çünki hava küləkli idi. Bu, isə avarçəkənlərə mane olurdu”.
Qeyd edək ki, bu, Azərbaycanın “Paris-2024”ə ümumilikdə 18-ci lisenziyası olub.