
Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşa qədər avarçəkənlər arasında kayak və kanoe üzrə Avropa çempionatı keçirilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan komandasının üzvlərindən kanoe qayığında mübarizə aparan Tatyana Smilovenko üçüncü yeri tutub.
Azərbaycan avarçəkənləri təsnifat və yarımfinal mərhələsində 500 metr məsafədə 1 nəfərlik qayıqda uğurlu çıxış edərək A finalına yüksəliblər. Finalda finiş xəttini üçüncü keçən T. Smilovenko Avropa çempionatının bürünc medalına layiq görülüb.