1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz dünya və Avropa çempionuna tapşırıldı
Azərbaycanın kayak və kanoe üzrə milli komandasına yeni baş məşqçi təyin olunub. Sportnet.az-ın məlumatına görə, bu, ukraynalı Avropa və dünya çempionu Dmitri Sablindir.
37 yaşlı mütəxəssis yeni vəzifədə həmyerlisi Aleksandr Kolıbelnikovu əvəzləyib. D.Sablinin qarşısına Azərbaycan kayakçı və kanoeçilərinə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına növbəti lisenziyalar qazandırmaq və milli komandanı qarşıdakı olimpiadaya yüksək səviyyədə hazırlamaq tapşırığı qoyulub.
Qeyd edək ki, Dmitri Sablin 7 fevral 1979-cu ildə Ukraynanın Kremençuk şəhərində anadan olub. O, kanoeçi kimi 1990-cı illərin sonları - 2000-ci illərin əvvəllərində Ukrayna yığmasını təmsil edib. Karyerası ərzində 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında iştirak etmiş D.Sablin 2001-ci ildə 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə dünya və Avropa çempionu olub. Onun aktivində dünya (2003) və Avropa çempionatlarının (1999, 2000, 2006) bürünc medalı da var.