
Azərbaycan Üzgüçülük Federasiyasının rəhbər heyəti Avropa Üzgüçülük Liqasının (LEN) seçki hesabat konfransında iştirak edir.
Federasiyanın Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, Almaniyanın Frankfurt şəhərində təşkil olunan tədbirdə Azərbaycanı vitse-prezidentlər Elçin Həsənov ilə Mark Koqanov və baş katib Fərid Bənənyarlı təmsil edir.
Konfransın gündəmində olan əsas məsələ büronun hesabatının dinlənilməsi və yeni tərkibdə yenidən seçilməsidir.
LEN-in Prezidenti Paulo Barelli vəzifəsindən istefa verdiyini açıqlayıb. Bundan sonra yeni prezident seçkiləri keçirilib və portuqaliyalı Antonio Silva LEN-in yeni rəhbəri seçilib.