
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, üzgüçü Məryəm Şeyxəlizadəxangah 100 metr məsafəyə batterflay üsulla üzmədə bürünc medala sahib çıxıb.
Şeyxəlizadəxangah məsafəni 1 dəqiqə, 2,24 saniyəyə qət edib.