"Bakı buxtasında yelkənli idman üzrə beynəlxalq yarışlar keçirilə bilər".
Sportnet.az-ın məlumatına görə, bunu, Azərbaycan Yelkən Federasiyasının Ümumi Yığıncaq üzvü, MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov mətbuat konfransında deyib.
O, yeni əcnəbi mütəxəssislərin gəlişi ilə hədəf və ambisiyaların böyüdüyünü bildirib: "Klublarımızda rəqabətin artırılması ilə yeni idmançıları heyətə cəlb edəcəyik. Təhsil Nazirliyinin də dəstəyi ilə məktəblilərin bu növə marağını artırmaq istəyirik. Rəqabət nəticəsində gələcək beynəlxalq yarışlarda yüksək nəticələr göstərəcəyik".