
Yaponiya 2020-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsindən təxminən 283 milyard dollar gəlir əldə edəcək.
Sportnet.az-ın "Japan Times"a istinadən verdiyi məlumata görə, bu barədə Tokio şəhər rəhbərliyinin proqnozunda qeyd olunub.
Proqnoza əsasən, Tokio şəhərinin gəliri 182 milyard dollar təşkil edəcək. Həmçinin, Oyunlara hazırlıq və keçirilməsinin təşkili üçün 2 milyon iş yerinin yaradılacağı təxmin edilir.
Qeyd edək ki, ХХХII Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək Yaponiyanın paytaxtı Tokioda keçiriləcək. Yaponiya hökuməti və Beynəlxalq Olimpiya Komitəsi Oyunların ümumi büdcəsinin 17,8 milyard dolları keçməməsinə dair razılığa gəliblər.