
Azərbaycan atleti Anna Skidan Serbiyanın paytaxtı Belqradda keçirilən Balkan çempionatında qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, çəkicatma növündə çıxış edən 29 yaşlı ukraynalı legioner 71,18 metr nəticə göstərib.
Qeyd edək ki, Anna Skidan Tokio Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.