Basketbol üzrə ABŞ millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk qələbəsini qazanıb.
Sportnet.az-ın məlumatına görə, "Arzular komandası" A qrupundakı ikinci qarşılaşmasında İran yığması ilə üz-üzə gəlib. Amerikalıların rəqibini 120:66 hesabı ilə darmadağın edib.
ABŞ-ın heyətində ən məhsuldar oyunçu komandasına 21 xal qazandıran Damian Lillard olub.
Qeyd edək ki, ilk görüşündə Fransaya 76:83 hesabı ilə uduzmuş ABŞ millisi sonuncu oyununu iyulun 31-də Çexiyaya qarşı keçirəcək.