
Voleybol üzrə Avropa Qızıl və Gümüş Liqalarında iştirak edəcək qadınlardan və kişilərdən ibarət Azərbaycan milli komandalarının oyunlarının təqvimi bəlli olub.
Azərbaycan Voleybol Federasiyasından Sportnet.az-a bildiriblər ki, reqlamentə əsasən, hər iki yarış üç turdan ibarət olacaq. Bütün turların nəticələri bir turnir cədvəlində toplanacaq. Yekunda ilk 4 yeri tutacaq kollektivlər “Dördlər finalı”na yüksələcəklər. Qadınların yarışında 12 ölkənin milli komandası, kişilərin mübarizəsində isə 8 ölkənin seçməsi iştirak edəcək.
Avropa Qızıl Liqasında çıxış edəcək qadınlardan ibarət millimizin rəqibləri Macarıstan, Sloveniya, Slovakiya, Monteneqro, Rumıniya və Xorvatiya seçməsi olacaq.
Avropa Gümüş Liqasında çıxış edəcək kişilərdən ibarət yığmamız isə Gürcüstan, İsveç, Macarıstan, Lüksemburq, Avstriya və Farer adaları komandalarına qarşı mübarizə aparacaq.
Qeyd edək ki, qadınların yarışının ilk turu, kişilərin mübarizəsinin isə ikinci turu Bakıda baş tutacaq.
Azərbaycan yığmalarının oyunlarının təqvimi
Avropa Qızıl Liqası (qadınlar)
I turnir (Azərbaycan)
30 may
18:00. Macarıstan - Azərbaycan
31 may
18:00. Sloveniya – Macarıstan
1 iyun
18:00. Azərbaycan – Sloveniya
İlk turnirin oyunları Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
II turnir (Slovakiya)
6 iyun
20:00. Azərbaycan – Slovakiya
7 iyun
18:00. Monteneqro – Azərbaycan
8 iyun
18:00 Slovakiya – Monteneqro
III turnir (Xorvatiya)
13 iyun
16:30. Azərbaycan - Xorvatiya
14 iyun
16:30. Rumıniya - Azərbaycan
15 iyun
16:30. Xorvatiya – Rumıniya
Avropa Gümüş Liqası (kişilər)
I turnir (İsveç)
6 iyun
17:00. Azərbaycan - İsveç
7 iyun
17:00. Gürcüstan - Azərbaycan
8 iyun
17:00. İsveç – Gürcüstan
II turnir (Azərbaycan)
13 iyun
18:00. Lüksemburq - Azərbaycan
14 iyun
18:00. Macarıstan – Lüksemburq
15 iyun
18:00. Azərbaycan - Macarıstan
III turnir (Farer Adaları)
20 iyun
19:00. Azərbaycan - Farer adaları
21 iyun
17:00. Avstriya – Azərbaycan
22 iyun
17:00. Farer adaları – Avstriya
Oyunların başlama saatı yerli vaxtla göstərilib.