
"Symphony Technology" investisiya şirkətinin idarəedici tərəfdaşı Bill Çisholm "Boston Seltiks" basketbol klubunun alınmasına dair razılığa gəlib.
Sportnet.az ESPN-ə istinadən xəbər verir ki, Çisholm Boston təmsilçisini Şimali Amerika üçün rekord sayılan 6,1 milyard dollara satın alacaq.
Bu günə qədər ən bahalı alış 2023-cü ildə "Vaşinqton Kommanders" amerikan futbolu klubunun 6,05 milyard dollara satın alan Coş Harrisə məxsusdur.
"Böyük üçlük" 2002-ci ildən Veyk Qrausbekə məxsusdur. O, klubu 360 milyon dollara alıb.
Qeyd edək ki, "Boston Seltiks" 72,5% qalibiyyətlə Milli Basketbol Assosiasiyasının Şərq Konfransında ikincidir.