
Azərbaycan Basketbol Liqasının final seriyasında “Neftçi” və “Sabah” komandaları arasında ikinci oyun keçirilib.
Sportnet.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan görüş “bayquşlar”ın qələbəsi ilə yekunlaşıb - 86:77.
İlk matçda "Sabah" "Neftçi"ni 94:89 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, həlledici seriyada 4 qələbə qazanan komanda çempion olacaq. Növbəti iki görüş 6 və 8 mayda baş tutacaq.