
"Bu il çempionat çox güclü idi".
Sportnet.az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının finalında "Neftçi"ni üstələyərək, ölkə çempionu olduğu həlledici qarşılaşmadan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Olimpiya çempionu Azərbaycan Basketbol Federasiyasının böyük iş gördüyünü bildirib. O, "Neftçi"yə finalda nümayiş etdirdiyi mübarizə əzminə görə təşəkkür edib və öz komandasını bu uğur münasibəti ilə təbrik edib: "Komanda üzvlərinə çəkdikləri əziyyətə görə təşəkkür edirəm".